Soyqırım qurbanı olan daha 30 Bosniya müsəlmanı torpağa tapşırıldı

Bosniyadakı müharibədə (1992-1995) ölkənin şimal-qərbindəki Priyedor şəhəri və ətrafında qətlə yetirilən, cəsədləri isə illər sonra fərqli kütləvi məzarlardan tapılan qurbanlardan şəxsiyyəti müəyyənləşən 30-u, qılınan cənazə namazından sonra torpağa tapşırılıb.
 
Maide.az xəbər verir ki, Priyedor yaxınlığındakı Hambarinada olan "Vedro Polye" stadionunda cənazə namazına qurban yaxınları ilə yanaşı çoxlu sayda vətəndaş qatılıb.
 
Mərasimdə çıxış edən Bosniya və Hersoqovina üləması Hüseyn Kavazoviç doqquz gün əvvəl də Srebrenitsada 136 soyqırım qurbanının meyitlərini torpağa verdiklərini xatırladaraq, "iyul ayı bizim üçün təsvir edilməz dərdlərin və acıların yaşandığı bir ay oldu. Törədilən soyqırım içində yaşadığımız dünyanın əsl üzüdür. Bu dünya yalançı maskaların, utanmayın və peşmançılığın olmadığı bir dünyadır. Bu gün Tomaşitsa, beynəlxalq məhkəmələrin və soyqırım qərarı qəbul etməyən BMT Təhlükəsizlik Şurasının satqın və qorxaq ruhunun çirkin bir portretidir" - deyib.
 
Cənazələr qılınan namazdan sonra müxtəlif qəbiristanlıqlarda torpağa tapşırılıb. Bu il torpağa verilən 30 qurbanın ən gənci öldürüləndə 19 yaşında olan Zikret Reciç, ən yaşlısı isə 71 yaşlı Meho Hociçdir.

Google+ WhatsApp ok.ru