Sionist rejim ordusu Qəzza zolağına daxil olmanı imitasiya edən təlimlər keçirib

Sionist rejim ordusu Qəzza zolağına daxil olmanı imitasiya edən təlimlər keçirib

İşğalçı İsrail rejim ordusu Qəzza zolağına daxil olmanı imitasiya edən təlimlər keçirib. 
 
Maide.Az “eastnews.org”-a isitnadla xəbər verir ki, ötən gün işğalçı rejim hərbçiləri Qəzza zolağına daxil olmağı imitasiya* edən genişmiqyaslı təlimləri yekunlaşdırıb. 
 
Hərbi təlimlərdə bütün qoşun növləri, o cümlədən quru, hava artilleriya, aviasiya, tank və kəşfiyyat korpusları iştirak edib.   
 
Məlumata əsasən, təlimlərin məqsədi ordunun müxtəlif növ ssenarilərdə operativ döyüş hazırlığını yoxlamaqdır.  
 
İsrail rejimi ordusunun Baş Qərargah rəisi Aviv Kohavinin təlimdə iştirak edən hərbçi və zabitlərə qatıldığı qeyd edilir.   
 
İki gün ərzində keçirilən hərbi təlimlərin öncədən xəbərdar edilmədən başlandığı diqqətə çatdırılır.   
 
Qeyd edək ki, işğalçı rejim döyüş təyyarələri ötən gecə həmçinin Qəzzanın cənubunu bombalayıb. 
Hadisədə insan tələfatı tkisi olmadığı qeyd edilib. Fələstin Səhiyyə Nazirliyindən isə hücumda ölən və yaralanan olub-olulmadığıyla bağlı hələ açıqlama verilməyib. 
 
*İmitasiya -  [lat. imitatio – təqlid etmək, yamsılama]. bir şeyi təqlid və ya təkraretmə, yamsılama. 
 

Google+ WhatsApp ok.ru