Sionist rejim polisi daha 40 fələstinli həbs etdi

Təcavüzçü İsrail polisi Nablus şəhərində 40 fələstinlini həbs edib.
 
Maide.az xəbər verir ki, sionistlər həbs edilənlər Həmas üzvləri olduqlarını iddia ediblər.
 
İddianı qüvvətləndirmək üçün hətta açıqlama verilib ki, Nablus şəhərində Həmas qərargah qurub və bir çox üzvü orada təlimləndirilir.
 
Məlumat üçün bildirək ki, təcavüzçü İsrail ordusu Fələstində müxtəlif bəhanələrlə tez-tez hücumlar təşkil edilir və sadə vətəndaşları həbs edirlər. Hazırda İsrail həbsxanalarında 6500-dən çox fələstinli məhbus həyatı yaşayır.

Google+ WhatsApp ok.ru