Çeçen Həccə Azərbaycandan keçərək velosipedlə gedir – FOTO

“Səkkizinci nəsil” adlı gənclər təşkilatının fəalı - çeçen İlyas Adamov Məkkəyə Həccə velosipedlə yola düşüb.
 
Müqəddəs torpağa müsəlman çoxdan getmək istəyib, amma lazımi məbləği yığa bilməyib. O zaman onun ağlına Məkkəyə velosiped ilə getmək gəlir.
 
O, uzun müddət Google-xəritədə marşrut seçir, psixoloji və fiziki hazırlaşır. Bir həftə öncə İlyas Adamov Qroznıdan çıxaraq piyada Mahaçqalaya yola düşüb. Dağıstan paytaxtına yol 2 gün çəkib.
 
Orada velosiped alaraq Dərbəndə gedib. İndi zəvvar Azərbaycanın İran ilə sərhəddə olan Biləsuvar şəhərinə çatıb.
 
“Hava çox istidir. Amma bu, məni qorxutmur və saxlaya bilməz. Qarşıma məqsəd qoymuşam və Allahın rizası ilə ona çatacam”.(oxu.az)
 
 
 

Google+ WhatsApp ok.ru