Sionist rejim Qəzza sektorunu yenidən bombaladı 26 Mart 2019 10:50 Fələstin İşğalçı İsrail ordusu martın 26-ı səhər saatlarında Qəzza sektoruna yenidən raket zərbələri endirib. Maide.Az xəbər verir ki, İsrail Müdafiə Nazirliyi bu əməliyyatın cavab zərbələri olduğunu iddia edib. Qeyd edək ki, “Felestin.info”nun məlumatına görə, ötən gecə də işğalçı İsrail rejiminə məxsus hərbi aviasiya Qəzza zolağının müxtəlif hissələrini ağır bombardmanlara məruz qoyub. Əksəriyyəti yaşayış evlərinə düşən raket mərmilərinin partlaması nəticəsində azı 8 nəfər yaralanıb, onlardan ikisi uşaqdır. Fələstin media mənbələrinin yazdığına görə, Qəzzanın müxtəlif bölgələrinə ümumilikdə 100 raket atılıb. Məktəblər, universitetlər, banklar və bir çox digər qurumlar fəaliyyətlərini dayandırıblar. Məlumata görə, hədəfə alınan binalar arasında HƏMAS-ın sədri İsmail Həniyyənin ofisi də var. İşğalçı rejimin zorakılıqlarına cavab olaraq Qəzzadakı hərbi təşkilatlar da İsrailin nəzarətindəki bölgələrə raket zərbələri endiriblər. Xatırladaq ki, bəzi xəbər mənbələri HƏMAS və işğalçı rejim arasında ötən gecəki bombardımandan sonra atəşkəs haqqında razılıq əldə olunduğunu açıqlamışdı. Teqlər : #Sionist,#rejim,#Qəzza,#sektorunu,#yenidən,#bombaladı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ 'Qolan təpələrini' işğalçı İsrail ərazisi kimi niyə tanıdı? İsrailli general: Bizim döyüşməyə həvəsimiz qalmayıb
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar