Sionist rejim qüvvələri fələstinlilərin kəndinə hücum edib

Sionist rejim qüvvələri bir daha Əl-Nəqəb səhrasında Əl-Əraqib kəndinə basqın edib və fələstinlilərin qurduğu çadırları dağıdıblar.
 
Maide.az-ın  Frans Pressə istinadən məlumatına görə,  Sionist rejimin polis və xüsusi təyinatlı qüvvələri və  bir neçə buldozer ilə Əl-Nəqəb səhrasında Əl-Əraqib kəndinə basqın ediblər.  
Sionist rejim qüvvələri mənzillərin icazə sənədini bəhanə edərək bu məntəqədəki əhaliyə  hücum ediblər. Hücumda 300-dən çox fələstinli didərgin düşüb.
Sionist rejim qüvvələri 2010-cu ildən dəfələrlə Əl-Əraqib kəndini dağıdıblar.
Lakin kəndin əhalisi yenidən mənzilləri bərpa edib . Əvvəllər bu kənddə 700 fələstinli yaşayırdı. Sionistlərin mütəmadi hücumları nəticəsində bu kəndin sakinlərindən bir qrupu didərgin düşüb.
Sionist rejim bu kənd əhalisinin adının rəsmən qeydiyyata alınmasından imtina edir və kənd əhalisinin mənzillərinə icazə sənədi vermir.
İsrail rejimi Əl-Əraqib kəndini dağıtmaqla yəhudilərdən bir qrupunu bu məntəqədə məskunlaşdırmağa çalışır./

Google+ WhatsApp ok.ru