Sionist İsrail polisi 5 yaşlı uşağı gözündən vurdu

Sionist İsrail polisi 5 yaşlı fələstinli bir uşağı plastik güllə ilə üzündən vurub. Uşağın ailəsi Fələstin mətbuatına verdiyi açıqlamada deyiblər ki, uşaq məktəb avtobusundan enib evinə tərəf gedərkən vurulub, - “DunyaBulteni”.
 
Məhəmməd Camal Ubeyd adlı uşağın gözünün altına dəyən güllə səbəbi ilə kəllə beyin travması aldığı qeyd olunur. Uşaq dərhal xəstaxanaya aparılaraq əməliyyat olunub.
 
Hadisə şahidlərindən birinin sionist rejimin Haaretz qəzetinə verdiyi müsahibədə hadisənin baş verdiyi küçədə gənclər ilə polis arasında bir qarşıdurma baş verdiyini bildirib. Şahid Məhəmmədin yoldan keçərkən güllələndiyini irəli sürüb. Ancaq uşağın əmisi bu iddianı təkzib edib və Məhəmmədin vurulduğu vaxt belə bir qarşıdurmanın olmadığını söyləyib. Deyerler /
 

Google+ WhatsApp ok.ru