Uqandada Əhli-Beyt (ə) müəssisəsinin rəhbərinə qarşı teror aktı təşkil olunub

Ötən axşam Uqandada Əhli-Beyt (ə) müəssisəsinin rəhbəri Şeyx Əbdül Qadirə qarşı terror aktı təşkil olunub.
Maide.az-ın məlumatına görə, Şeyx Əbdül-Qadir cümə axşamı Kumeyl duasından çıxarkən nəmlum silahlı şəxslər tərəfindən odlu silahlardan vurulub. Aldığı güllə yarasında Şeyx Əbdül Qadir şəhid olub. 
Şəhidin cənazəsi cümə günü Uqandanın paytaxtı Kampala şəhərindən Bunya bölgəsinə aparılıb və cümə namazından sonra şəhid həmin bölgədə dəfn olunub. 
Qeyd edək ki, şəhid Şeyx Əbdül Qadir əslən Kenyalıdır. O Uqandanın şərqində şiələr üçün 50-dən çox məscid tikdirib.  /
 
 
 

Google+ WhatsApp ok.ru