Sionist İsrail rejimi əsgərləri fələstinli gənci şəhid etdi

Sionist İsrail rejimi əsgərləri fələstinli gənci şəhid etdi

İşğal altındakı Şərqi Qüdsün Silvan məhəlləsində sionist İsrail əsgərləri ilə fələstinlilər arasında baş verən qarşıdurmalar nəticəsind fələstinli gənc öldürülüb.
 
Maide.Az xəbər verir ki, Yəhudi inancına görə müqəddəs sayılan Yom Kippur (Kəffarə Günü) səbəbilə Qüdsdə geniş təhlükəsizlik tədbirləri alan İsrail rejiminin əsgərləri, Əqsa məscidinin cənubundakı Silvan məhəlləsinə giriş və çıxışları yoxlamara görə bağlayıb.
 
Sionist İsral əsgərləri bundan sonra məhəlləyə daxil olublar. Fələstinlilər onları daşla qarşılayıblar. Qarşıdurma nəticəsində İsrail rejimi əsgərləri, plastik güllə, səs bombası və həqiqi güllədən istifadə edib.
 
Qarşıdurmada İsrail həbsxanalarında 15 ay həbsdə olan Ali Atif Şuyuhi adlı fələstinli gənc şəhid olub.
 
Fələstin yerli mediasının yaydığı məlumata görə, işğalçı rejiminin əsgərləri qəsəbəyə gələn təcili tibbi  yardım maşınını uzun müddət məhəlləyə buraxmayıb.

Google+ WhatsApp ok.ru