Sionist rejimin Fələstinə növbəti hücumu

Sionist rejimin Fələstinə növbəti hücumu

Sionist İsrail rejimi əsgərləri Fələstinin işğal olunmuş ərazilərinə hücum edib
 
Maide.Az xəbər verir ki, sionist İsrail rejiminin əsgərləri dünən gecə qərb zolağına hücum edərək 52 fələstinlini qaçırıb və çox sayda insanı yaralayıb. 
 
Fələstinlilər İsrail rejiminin əli silahlı əsgərlərinə daş və şüşə qırıqları ilə müqavimət göstəriblər. 
 
Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, İsrail əsgərləri fələstinlilərə qarşı gözyaşardıcı qazdan və rezin güllədən istifadə edib. 
 
Fələstinli jurnalist bildirib ki, sionist İsrail rejiminin əsgərləri hərgün işğal olunmuş Fələstin ərazilərinə hücum edirlər. Son əməliyyatlarda işğalçı rejim 118 nəfər fələstinlini qaçırıb. 
 
Qeyd edək ki,  hazırda İsrail rejiminin həbsxanalarında 8 min fələstinli həbsdədir.
 
نظامیان اسرائیلی در عملیات شبانه در کرانۀ باختری ده‌ها فلسطینی را ربوده‌اند. (تصویر آرشیوی)
 

Google+ WhatsApp ok.ru