Sionist İsrail rejimi fələstinli gənci şəhid etdi

Sionist İsrail rejimi fələstinli gənci şəhid etdi

İsrail rejiminin əsgərlərinin açdığı atəş nəticəsində ağır yarlanan fələstinli gənc şəhid olub
 
Maide.Az xəbər verir ki, Fələstin Səhiyyə Naziri bildirib ki, Beytul Ula rayonunun sakini olan 30 yaşlı Məhəmməd Əbdülsər ağır yaralarına görə şəhid olub.
 
Fələstinli gənc dünən atası ilə birlikdə İsrail rejiminin əsgərlərinə əsir düşmüş və ağır güllə yarası almışdı.
 
Yerli mənbələrin verdiyi məəliumatda bildirilir ki, sionist İsrail rejimi Beytul Ula rayonuna hücum edib və Məhəmmədi güllə ilə yaralayandan sonra onu atası ilə birlikdə əsir götürüblər. Onlar naməlum istiqamətə aparılıblar.
 
Məlumatda həmçinin qeyd olunub ki, sionist İsrail əsgərləri Beytul Ulaya hücum edərkən fələstinlilərə və onların evlərinə atəş açıblar. 
 
Qeyd edək ki, fələstinli gəncin şəhid olması ilə ötən ilin oktyabr ayından başlayan 3-cü Qüds intifadəsi şəhidlərinin sayı 240-a çatıb.
 

Google+ WhatsApp ok.ru