Sionist İsrail rejimindən fələstinli nazirə qadağa

ionist İsrail rejimi Fələstinin əmək və infrastruktur naziri Mufid Məhəmməd əl-Hasayinənin Qəzzadan  Qərb Şəriyəyə keçməsinə icazə verməyib, - “Haber7”.


Hasayinə  verdiyi yazılı açıqlamada,  İordaniyalı həmkarı Sami əl-Həlsə ilə görüşmək və 5-ci Beynəlxalq Enerji Konfransında iştirak etmək üçün Qəzza Zolağından Qərbi Şəriyəyə getməsinə İsrail rejiminin mane olduğunu bildirib.

"Sionist İsrail rejimi hələ də Qəzzadakı nazirlərin Qərbi Şəriyədə olan Nazirlər Kabinetinə getməyinin qarşısını almaqda davam edir", - deyə Hasayinə bildirib.


Qeyd edək ki, Fələstin Mühəndisləri Həmkarlar İttifaqı yanvarın 27-28 tarixlərində Rəmallahda 5-ci Beynəlxalq Enerji Konfransında iştirak etməsi üçün Fələstinin əmək və infrastruktur naziri Mufid Məhəmməd əl-Hasayini dəvət etmişdi.deyerler/

Google+ WhatsApp ok.ru