Ukraynada şiddətli döyüşlər davam edir: 7 hərbçi həlak oldu

 Ukraynada hökumət qüvvələri ilə separatçılar arasında şiddətli döyüşlər səngimək bilmir. Bu barədə məlumatı Yaxın Şərq KİV-ləri verib.

Son sutka ərzində hökumət qüvvələri ilə separatçılar arasında baş verən şiddətli toqquşmalar nəticəsində 7 hərbçi həlak olub, 24 nəfər isə yaralanıb. Bu barədə məlumatı Ukraynanın Silahlı Qüvvələrinin mətbuat katibi Vladislav Selyeznyov verib. Onu sözlərinə görə, bu ana qədər 309 hərbçi xəstəxanaya yerləşdirilib. Bunlardan 19-nun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Mətbuat xidmətindən həmçinin qeyd ediblər ki, hərbçilər 60 separatçını qətlə yetiriblər. Bundan əlavə separatçıların bir tankı da məhv edilib. deyerler /

Google+ WhatsApp ok.ru