Sionist İsrail rejimi Suriyaya hava hücumu təşkil etdi

Sionist İsrail rejimi Suriyaya hava hücumu təşkil etdi

Sionist İsrail rejiminin döyüş təyyarələri noyabrın 30-da səhər saatlarında Suriya ordusunun silah anbarını və Beyrut-Dəməşq magistral yolu yaxınlığındakı bölgəni maşınların hərəkəti zamanı bombalayıb.
 
Al-Masdar-a istinadən xəbər verilir ki, paytaxt Dəməşqin qərbindəki Əl-Sabura bölgəsindəki Hizbullah hədəfləri 4 raketlə hədəfə alınıb. Sionist İsrail rejiminin ikinci hücumunun Beyrut-Dəməşq avtomobil yolu yaxınlığında qeydə alındığı vurğulanıb və bu hücumda heç bir təhlükəsizlik rəsmisi və siyasi şəxsin hədəfə alınmadığı qeyd olunub. Sionist İsrail rejiminin döyüş təyyarələri bu bölgələri Hizbullaha silah nəql olunması iddiası ilə bombalayıb və sionist İsrail rejiminin hücumundan sonra yoldakı maşın karvanı alovlanıb.
 
Verilən xəbərə görə paytaxt Dəməşqin qərbindəki Əl-Sabura bölgəsindəki Hizbullah hədəfləri 4 raketlə hədəfə alınıb.
 
"Popeye" adlı raketlərin Suriya hava məkanından yox, Livan hava məkanından atıldığı da verilən xəbərlər arasındadır.
 
Livanda nəşr olunan Mulhak News isə hücumda Suriya ordusuna məxsus sursat anbarının vurulduğunu irəli sürüb.
 
"Damascus Now" adlı bir Facebook səhifəsi də sionist İsrail rejimininin Beyrut-Dəməşq yolundakı Suriya ordusuna aid bir mövqeyi vurduğunu yazıb. (deyerler) /

Google+ WhatsApp ok.ru