BMT-dən xəbərdarlıq : Myanmarda Rohingiya müsəlmanlarına qarşı bəşəriyyət əleyhinə cinayətlər.....

BMT-dən xəbərdarlıq : Myanmarda Rohingiya müsəlmanlarına qarşı bəşəriyyət əleyhinə cinayətlər.....

Birləşmiş Millətlər Təşkilatı (BMT) Myanmarda Rohingiya müsəlmanlarının geniş və davamlı insan haqları pozulur və bu “bəşəriyyət əleyhinə cinayət” hesab oluna bilər. 
 
Maide.Az xəbər verir ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının ofisi bəyanat yayaraq Myanmarın qərbində Raxin bölgəsində insan hüquqlarının ciddi şəkildə pozulması ilə bağlı narahatlığını bildirib. 
 
Bəyanatda bildirilir ki, Myanmar hökuməti bilərəkdən BMT-nin iyun ayındakı hesabatındakı məsələhətləri əməl etməyib. 
 
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı  bir daha Myanmar hökumətindən istəyib ki, beynəlxalq qanunlara əməl etsin. Ölkə daxilindəki qaçqınların hüquqlarını bərpa etsin. Xəbərdarlıq edib ki, hüquqların davamlı tapdalanması  beynəlxalq ictimaiyyətin sərt reaksiyasına səbəb olacaq. 
 
Rohingiya adlanan Myanmarın Raxin vilayətinin müsəlmanları 2012-ci ildən ifratçı buddistlərin qırğınlarının hədəfinə çevrilib. 
 
Myanmar dövləti Rohingiya müsəlmanlarının vətəndaşlıq hüquqlarını qəbul etməyərək onları qeyri-qanuni mühacir adlandırır.  
 

Google+ WhatsApp ok.ru