Sisini tənqid edən jurnalist: “Sual vermək mənim haqqım idi”

Misirdəki diktatura rejimini tənqid edən müsəlman qadın jurnalist Almaniyanın 1-ci kanalında verilişə qonaq olub.
 
Maide.az xəbər verir ki, Misirdə inqilabla hakimiyyətə gələn Abdulfəttah əl-Sisi Almaniya kansleri Angela Merkel ilə keçirdiyi mətbuat konfransında Faqr Eldali adlı qadın jurnalistin tənqidi ilə rastlamışdı.
 
Almaniya 1-ci Kanalında (ARD) bir müzakirə proqramıənda qonaq olan həmin qadın bildirib ki, Sisiyə sual vermək onun haqqı idi və bunun üçün səsini yüksəltmək məcburiyyətində qalıb.
 
Eladlinin sözlərinə görə, vətəndaşlıqdan çıxarılması ilə bağlı qərar çıxarılmayıb. O deyib ki, totalitar rejimlər tənqid edilməyi qəbul etmirlər və tənqidlə üzləşəndə insanları vətəndaşlıqdan çıxarmağa cəhd edirlər:
 
“Ümid edirəm ki, soruşmaq istədiyim suallara cavab alaram və ya sualımı soruşmaq üçün yenidən imkan taparam. 2 ildir baş nazirə və millət vəkillərinə göndərdiyim məktublarda Misirdəki insan hüquqlarının pozulması faktlarına diqqət yönəltməyə çalışıram. Amma nə qədər çalışırımsa alınmır”, - deyə Eladli bildirib.
 
Verilişdə iştirak edən baş nazirin məsləhətçisi Peter Altmayer mətbuat konfranslarında hamıya sual vermək şəraiti yaratmağın mümkün olmadığı söyləyib.
 
Xatırladaq ki, Faqr Eladli mətbuat konfransında Sisiyə suallar vermək istəyib, lakin ona imkan yaradılmadığı üçün ucadan “Sisi qatildir” deyə qışqırmışdı. Bundan sonra onu polislər həbs etmişdi./

Google+ WhatsApp ok.ru