AKP təcili toplandı: «Koalisyon hökumət sınaqdan keçiriləcək»

Bu dəqiqələrdə Ankarada baş nazir Əhməd Davudoğlunun rəhbərliyi ilə Türkiyə Nazirlər Kabinetinin təcili toplantısı keçirilir. AKP hökumətinin bütün nazirlərinin iştirak etdiyi toplantıda seçkinin nəticələri və bundan sonra atılacaq addımlar müzakirə olunur. Toplantıdan əvvəl baş nazirin müavini Numan Kurtulmuşdan qısa açıqlama gəlib: «Millətin seçiminə hörmət edirik. Millət bütün partiyalara öz mesajını verdi. Üzərimizə düşən Türkiyədə demokratik islahatlar mərhələsini tamamlamaqdır. Seçimdən sonra qurulacaq yeni hökumətlə, bütün partiyalarla bu mərhələni başa çatdırmaq məcburiyyətindəyik. Türkiyədə yeni bir Konstitusiyaya ehtiyac var. Türkiyə millətin iradəsinə hörmət edərək yeni demokratik quruluşa keçid etməlidir. Erkən seçki görmürəm, koalisyon hökumət sınaqdan keçiriləcək. Erkən seçki ən uzaq ehtimaldır. Türkiyə yetkin bir demokratiyaya sahibdir. AKP-nin yer almadığı iqtidar mümkün deyil».

Google+ WhatsApp ok.ru