İslam əleyhinə yürüşlər Almaniyada gündəm oldu

Almaniyada Vətənpərvər Avropalılar adı altında həftələrdir İslam və xaricilər əleyhinə nümayişlər keçirənlər gündən günə təşkilatlanırlar.
 
Maide.az xəbər verir ki, Federal Daxili İşlər naziri Tomas de Maizire hadisələr haqqında bəyanat verib. "Qərbin İslamlaşması Qarşı Vətənpərvər Avropalılar" (Pegida) adı altında şərqdəki Drezden şəhərində ortaya çıxan qrupa qoşulanların sayı artır. Drezdeni nümunə götürən digər Alman şəhərlərində də "Bazar ertəsi yürüşləri" adı altında aksiyalar keçirilir. Başlanğıcda sayları bir neçə yüz olan nümayişçilər artıq min rəqəmlərlə ifadə edilir. "Pegida"nın son yürüşündə 10 min insan iştirak edib. Düsseldorfda "Pegida"ya istinadən oxşar məqsəd və məzmunda "Dügida" yaradılıb.
 
Məsələ dünən Kölndə başlayan Almaniya Daxili İşlər Nazirləri Konfransının prioritetli gündəm maddəsini təşkil edib. 
 
Almanların bir qisminin özlərini ölkələrində əcnəbi kimi hiss etdiyini ortaya qoyan araşdırmanı nümunə göstərən Tomas de Maizire, "Bu məsələləri ciddiyə almalı, həlli üzərində dayanmalıyıq. Problemlərin işıqlandırılması, dialoq və həll axtarışı, bu prosesdə yardımçı olacaq", - deyib. Bavyera Daxili İşlər naziri Joachim Herrmann "Pegida" aksiyaları münasibətilə bir strategiya ehtiyacının ortaya çıxdığını söyləyib. Herrmann, "İfrat sağçılar onları istismar etmədən əvvəl davranmalı, xalqın qayğılarını anlamağa çalışmalıyıq", - deyib.

Google+ WhatsApp ok.ru