İslam Əməkdaşlıq Təşkilatı Qarabağdakı qondarma seçkiləri tanımadı 23 Aprel 2015 01:00 Dünya İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad Amin Mədəni (İyad Ameen Madani) mayın 3-də işğal altındakı Dağlıq Qarabağda separatçı rejim tərəfindən keçirilməsi planlaşdırılan “parlament seçkləri”ni pisləyib. Maide.az-ın apa-ya istinadən verdiyi məlumata görə, baş katibin bəyanatında bildirilir ki, bu seçki qanunsuzdur və BMT Təhlükəsizlik Şurasının, İƏT və ATƏT-in qətnamələrinin pozulması deməkdir. “İƏT baş katibi beynəlxalq ictimaiyyəti bu prosesi pisləməyə, onu qeyri-legitim hesab etməyə çağırır. Baş katib Azərbaycan Respublikasının münaqişənin sülh yolu ilə, müvafiq beynəlxalq təşkilatların qətnamələri, ölkələrin ərazi bütövlüyü prinsipi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həlli istiqamətində səylərini dəstəkləməklə bağlı İƏT-in sabit mövqeyini bir daha təkrar edir". Teqlər : #İslam Əməkdaşlıq Təşkilatı Qarabağdakı qondarma seçkiləri tanımadı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Avropanın 30 illik uğursuzluq hekayəsi: Qaçaq miqrantlar Barak Obama uydurma “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı bəyanatında “soyqırımı” ifadəsindən istifadə etməyib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO