Avropanın 30 illik uğursuzluq hekayəsi: Qaçaq miqrantlar

Liviya sahillərində ötən həftə sonu 800-dən çox qaçaq miqrant daşıyan gəminin batması nəticəsində baş verən faciə və Avropa İttifaqının apardığı köçkün və qaçqın siyasətləri mövzusunda "Anadolu" agentliyinə açıqlama verən Fransa Beynəlxalq Münasibətlər İnstitutunun (IFRI) Eksperti Matthieu Tardis dənizdə baş verənlərə görə Avropanı günahkar bilib. 
 
Maide.az-ın məlumatına görə, baş verən dramın arxasında Avropanın uzun illərdir yeritdiyi təsirsiz siyasətlərin yatdığını bildirən Tardis, "Aralıq dənizində 800-dən artıq adamın göz görə-görə can verməsi Avropanın 30 ildir yeritdiyi siyasətin nə qədər uğursuz olduğunun sübutudur. Uğursuzluğun əsasında Avropanın qaçqın problemini Avropa səviyyəsində həll etməkdə narazılığı durur", - deyib.
 
Fransız mütəxəssis təkcə bu il 1600-dən çox qaçaq immiqrantın Aralıq dənizində can verdiyini xatırladaraq, görülən tədbirlərin qeyri-kafi olduğuna diqqəti çəkib.
 
Qaçaq miqrant münaqişəsində Avropanın İtaliyanı tək qoyduğunu vurğulayan Tardis, İtaliyanın təkbaşına yeritdiyi "Mare Nostrum" əməliyyatının Avropanın apardığın "Triton" əməliyyatından daha təsirli olduğuna işarə edib.
 
Tardis, bu il iyun ayında Şengen Müqaviləsinin 30-cu ilinin qeyd olunacağına diqqəti çəkərək, "Aİ daxilində sərbəst səyahət etməyi nəzərdə tutan bu sazişin köçkün probleminə bir həll tapması lazımdır" deyib.

Google+ WhatsApp ok.ru