İslam Əməkdaşlıq Təşkilatı paytaxtı Qüds olan müstəqil Fələstin dövlətinin yaradılması məsələsini müzakirə edib

İndoneziyanın paytaxtı Cakartada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 5-ci fövqəladə qurultayı keçirilib.
Bu haqda İran KİV-i məlumat yayıb.
Qurultayda Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev də iştirak edib.
Qeyd edək ki, toplantıda paytaxtı Qüds olan müstəqil Fələstin dövlətinin yaradılması məsələsi əsas müzakirə mövzusu olub. İclasda həmçinin İsrail rejiminin fələstinlilərə, eləcə də Qüdsdə yerləşən müqəddəs məkanlara qarşı etdiyi hörmətsizliklərdən danışılıb.
Toplantıda əldə edilən razılıq bu ilin aprelində keçirilməsi gözlənilən İƏT-in 13-cü sammitində yenidən müzakirə masasına çıxarılacaq.

Google+ WhatsApp ok.ru