İslami təbabətin tarixi üzrə beynəlxalq konfrans keçiriləcək 11 Noyabr 2014 02:00 Dünya Müsəlmanların tibbə verdiyi töhvələri qiymətləndirmək məqsədi ilə 2015-ci il yanvarın 2-4-də Hindistanın Kəlküt əyalətində beynəlxalq konfrans keçiriləcək. Maide.az-ın məlumatına görə, konfransda islami təbabətin tarixi və müsəlmanların tibbin inkişafına verdiyi töhvələr müxtəlif vasitələr o cümlədən plakat, sənədli filmlər vasitəsi ilə nümayiş olunacaq. Heydərabadda Müsəlmanların Sosial və Mədəni inkişafı üzrə təhsil təşkilatının rəhbəri Fəxrəddin Məhəmmədin sözlərinə görə, bu konfrans İslami təbabət Beynəlxalq institutu ( IIIM), Şimali Amerikada İslam Tibbinin Fondu (IMANA), Müsəlman Təhsil Cəmiyyətinin Əməkdaşlığı (MES) və Hindistanda Müsəlmanların Sosial və Mədəni inkişafı üzrə təhsil təşkilatının dəstəyi ilə heyəta keçəcək. Konfras çərçivəsində "İslam sivilizasiyasının qızıl əsri" adlı sərgi təşkil olunacaq, sərgidə müsəlmanların 6-16-cı əsrlərdə müxtəlif elmlərə verdikləri töhvələr tanıtdırılacaq. // Teqlər : # İslami təbabətin tarixi üzrə beynəlxalq konfrans keçiriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Nyu York Times`: Obama Ayətullah Xameneyidən ABŞ-a icazə istədi İran və Rusiya atom enerjisi sahəsində əməkdaşlıq sənədi imzalayacaq
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO