İslam Kərimovun xalqa müraciəti yayılıb

İslam Kərimovun xalqa müraciəti yayılıb

 
Özbəkistan dövlət televiziyası Prezident Islam Kərimovun müstəqillik günü münasibətilə xalqa ənənəvi müraciətini oxuyub. İ. Kərimov bir neçə gündür beyin qansızmasıyla xəstəxanada yatır.
 
Avqustun 28-dən bəri onun barəsində rəsmi açıqlama verilməyib. Özbəkistan lideri rəsmi təbirlərdə də görünmür.
 
İ. Kərimovun kiçik qızı Lola Kərimova-Tillyaeva avqustun 31-də sosial mediada 78 yaşlı atası üçün edilən dualara görə təşəkkürünü bildirib. Ondan əvvəl prezidentin ölüm xəbəri yayılsa da, təsdiqlənməmişdi. (Azadlıq Radiosu) /

Google+ WhatsApp ok.ru