İslam Konfransı Gənclər Forumu beynəlxalq kampaniyaya start verib

"İsrail bu gün özünü dövlət səviyyəsində cinayətkar kimi aparır. Əksəriyyəti uşaq, qadın, qoca, dinc əhali olmaqla mindən çox insanın ölümünə, minlərlə insanın isə yaralanması və əlilliyi, faciəsi ilə nəticələnən bu hərbi aksiyanı heç bir dəlil ilə əsaslandırmaq mümkün deyil."
 
Bunu SalamNews-a İslam Konfransı Gənclər Forumu Avrasiya Beynəlxalq Şurasının rəhbəri Elçin Əsgərov son günlər bölgədə İsrail – Fələstin arasında gedən qızğın müharibəni şərh edərkən bildirib.
 
O deyib ki, İsrailin əlində olan heç bir mövcud səbəb buna əsas ola bilməz: "İslam Konfransı Gənclər Forumu beynəlxalq kampaniyaya start verib. Məqsəd İsrailin özündə bu aksiyaların vəhşiliyinin başa düşülməsi və ictimai etiraza nail olmaqdır."

Google+ WhatsApp ok.ru