İslam ölkələrinin susqunluğu İsraili həyasızlaşdırır

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin müşaviri Hüseyn Əmr Abdullahian bəzi İslam ölkələrinin susqunluğunun İsraili həyasızlaşdırdığını söyləyib.
 
Maide.az xəbər verir ki, Abdullahian Qərb ölkələrinin İsrail rejiminin əməlləri qarşısında susqunluğunun aydın olmadığını deyərək, sionist rejimin bölgə şərtlərindən faydalanaraq Qüdsün yəhudiləşdirmə siyasətinə sürət verdiyini söyləyib.
 
Fələstin xalqı və bölgə xalqlarının Mescidül-Əqsaya təşkil edilən hücumlar qarşısında susqun qalmayacağını deyən Abdullahian bu mövzunun Fələstinlilərin həbs olunması və yeni məskunlaşma ərazilərinin salınması ilə birlikdə üçüncü intifazəyə zəmin hazırlayacağını deyib.
 
Abdullahian, "51 günlük döyüşdən sonra sionist liderlər daxildən təzyiq altındadır və radikal sionistlərin razılığı üçün bəzi hərəkətlərə müraciət edirlər'' söyləyib.

Google+ WhatsApp ok.ru