İslam İnqilabının qələbəsinin ildönümü günü izdihamlı yürüş keçiriləcək

İslam İnqilabının qələbəsinin ildönümü günü izdihamlı yürüş keçiriləcək

Bu il İslam İnqilabının qələbəsinin ildönümü mərasimlərində səfirlər, diplomatik korpus nümayəndələri ilə yanaşı dünyanın müxtəlif ölkələrindən, o cümlədən Azərbaycandan 550 nəfər ziyalı, alim, mütəfəkkir və jurnalist iştirak edəcək. 
 
Maide.Az xəbər verir ki, bunu İranın İslami Təbliğat Təşkilatının kordinasiya şurasının sədr müavini Nüsrətullah Lütfi keçirdiyi mətbuat konfransında deyib. 
 
O həmçinin əlavə edib ki, iştirakçıların çoxu jurnalistlərdir və onlar qələbənin ildönümü mərasimlərini işıqlandırmaq üçün lazimi icazəni alıblar.
 
İslam İnqilabının Qələbəsinin ildönümü münasibətilə fevral ayının 11-də İranın 1000 şəhər və qəsəbəsində, 4 min kənddə eyni vaxtda  yerli vaxtla saat 9-da müxtəlif mərasimlər və izdihamlı yürüş təşkil olunacaq. 
 
Mərasimlər cümə namazdan yarım saat öncə başa çatacaq və izdihamlı cümə namazı qılınacaq.
 
İslam İnqilabının qələbəsinin ildönümü münasibətilə ilə İranın Azərbaycandakı səfirliyi tərəfindəndən də sabah Bakıda rəsmi qəbul təşkil olunacaq. /

Google+ WhatsApp ok.ru