Paris metrosunda partlayış

Paris metrosunda partlayış

Fransanın paytaxtı Parisdə metroda güclü partlayış baş verib.
 
APA-nın “AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, insident paytaxtın İtaliya meydanı yaxınlığında qeydə alınıb.
 
Partlayış nəticəsində 8 nəfər yaralanıb. Onların vəziyyətləri barədə məlumat verilmir. Polis təşvişə düşən sərnişinləri stansiyadan təxliyə edib.
 
Partlayışın qısa qapanma nəticəsində baş verdiyi bildirilir. Terror aktı versiyası nəzərdən keçirilmir.
 

Google+ WhatsApp ok.ru