İslamı qəbul edən yəhudi gəlin sionistlərin etirazına səbəb olub

Maide.az-ın məlumatına görə, bir aydan artıqdır sionist rejimin Qəzzanı bombardman etməsinin fonunda bir fələstinli oğlanla yəhudi qızın evlənməsi İsraildə böyük etirazla qarşılanıb. Belə ki, İsrailin Caffa şəhərinin Mahmud Tattoed adlı fələstinli sakini qonşuluqda yaşayan Moral Mansur adlı qızla evlənib və toy günü gəlin İslam dinini qəbul edərək, müsəlman olub. 
 
Amma gəlinin bu addımı sionistlərin etirazına səbəb olub. Buna baxmayaraq, Caffa şəhərindən olan yüzlərlə yəhudi gəlinin addımını müsbət qarşılayıblar. 

Google+ WhatsApp ok.ru