Süleyman Şah Türbəsi İŞİD-in mühasirəsindədir

Türkiyənin Suriyada quru əməliyyatı üçün "bufer zonası" tələbindən sonra İŞİD türk əsgərlərinin qoruduğu Süleyman Şah Türbəsinin ətrafına 1100 terrorçu yerləşdirib. İŞİD bölgədə keçid rolu oynayan Cadde kəndinə də toplanmağa başlayıb.
 
Maide.az-ın məlumatına görə, kürdlərin sıx yaşadığı Kobani bölgəsinə qarşı hücumlarını artıran İŞİD-də qarşı koalisiya gücləri hava əməliyyatlarını davam etdirərkən, Türkiyənin hava əməliyyatlarının qeyri-kafi olduğunu bildirməsi İŞİD-i hərəkətə keçirib. Bölgədəki yerli mənbələrin bildirdiyinə görə, İŞID 3 gündür Türkiyənin öz sərhədləri xaricindəki yeganə torpağı olan Süleyman Şah Türbəsi ətrafında terrorçu toplayır. Mənbələr İŞİD-in türbə ətrafında 1100 terrorçunun olduğunu deyirlər. Türbəyə qarşı hər an hücum ediləcəyi bildirilir. Cadde kəndində də 420 terrorçunun yerləşdirildiyi vurğulanır. 
 
İŞİD terrorçuları türbəyə qarşı bir hücum vəziyyətində Türkiyə Silahlı Qüvvələrinin Türkiyə sərhədindən türbəyə keçid üçün Cadde kəndi yolunu istifadə edəcəyini düşünürlər.

Google+ WhatsApp ok.ru