“Onu prezident seçməyin, yoxsa partladaram!”

Maide.az-ın məlumatına görə, Braziliyanın təhlükəsizlik xidmətinin əməkdaşı bildirib ki, silahlı bir şəxs şəhər mərkəzində "Saint Peter" otelinə girərək bir işçini girov götrüb, 300 qonaq və personal təxliyə edilib.
 
Cinayətkar üzərinə partlayıcı jilet geyindirmiş girovla otelin 13-cü mərtəbəsinin eyvanına çıxıb. 
 
Polis terrorçunu əməlindən əl çəkməyə çağırır. 
 
Terrorçu Braziliya dövlət başçısı Dilma Rousseffin gələn ay yenidən dövlət başçısı seçilməməsini və cinayət qeydiyyatı qanununun ləğvini tələb edir.
 
Qeyd edək ki, Braziliyada sözügedən qanun cinayət və ya sui-istifadədə ittiham olunan siyasətçilərin yenidən seçkili orqanda təmsil olunmasını qadağan edir.

Google+ WhatsApp ok.ru