Sloveniyaya gedən qaçqın sayı 100 mini keçib

Daha yaxşı bir həyat ümidi ilə Qərbi Avropa ölkələrinə çatmaq istəyən qaçqınların Macarıstanın Xorvatiya sərhədini bağlamasından sonra Sloveniyaya axını davam edir. Serbiya ərazisindən Xorvatiyaya girdikdən sonra avtobuslarla Sloveniyanın sərhəd qəsəbəsi Dobovaya gətirilən mühacirlər, buradakı düşərgələrə yerləşdirilir.
 
Maide.az xəbər verir ki, Sloveniya Daxili İşlər Nazirliyindən yayımlanan açıqlamada, Macarıstanın Xorvatiya sərhədini bağladığı 17 oktyabrdan bu günə ölkəyə 102 min 757 qaçqının daxil olduğu və bunlardan 73 min 563-nün Avstraliyaya keçdiyi bildirilir.
 
Əsasən Suriya, İraq və Əfqanıstandakı münaqişələrdən qaçan qaçqınlar, dəniz yolu ilə Yunanıstandan Makedonya-Serbiya-Xorvatiya marşrutunu istifadə edərək Sloveniyaya çatır.

Google+ WhatsApp ok.ru