Səudiyyə Ərəbistanda Şeyx Nimrin ölüm hökmünə qarşı etiraz yürüşü keçirildi-FOTO

Səudiyyə Ərəbistanın şərqində əhali bu ölkənin görkəmli şiə aliminə ölüm hökmünün çıxarılmasına qarşı Əl-Əvamiyyə rayonunda mitinq keçiriblər.
Maide.az xəbər verir ki, Əl-Əvamiyyə rayonunun sakinləri dünən axşam (cümə axşamı) keçirdikləri aksiyada şüarlar səsləndirərək, Şeyx Nimrin ölüm hökmünün ləğv edilməsini və siyasi məhbusları dərhal azad etməyi tələb ediblər.
Aksiyaçılar əllərində Ərəbistan Məhkəmə sisteminin siyasi məhbuslara, xüsusən Şeyx Nimrə qarşı “qəddar” və “ədalətsiz” hökmlər verməsi kimi şüarlar yazılan plakatlarlar dünənki mitinqdə iştirak ediblər.  /
 
 
 

Google+ WhatsApp ok.ru