İsmayıl Haniyə ‘Hizbullah’ lideri ilə görüşdü

İsmayıl Haniyə ‘Hizbullah’ lideri ilə görüşdü

Ötən gün Fələstinin HƏMAS müqavimət hərəkatının siysi bürosunun rəhbəri İsmayil Haniyə Livana səfər edərək “Hizbullah” hərəkatının lideri Seyid Həsən Nəsrullahla görüşüb.   

Bu barədə Livan mətbuatı məlumat verib. 

İsmayıl Haniyə Livanda fələstinli qaçqınların böyük düşərgəsi olan Eyn əl-Həlvedə izdihamlı kütlə tərəfindən qarşılanıb.   

Məlumata əsasən tərəflər regional məsələləri və İsrail rejimi işğalına qarşı mübarizəni müzakirə ediblər. 

Bundan əlavə həmçinin bir sıra ərəb ölkələri ilə İsrail rejimi arasında əməkdaşlıq əlaqələrinin güclənməsi məsələləri müzakirə edilidiyi qeyd edilir.  /eastnews.org/

Google+ WhatsApp ok.ru