Snoudenin yeni ifşasında: ABŞ-ın dünyanın böyük mobil şirkətlərindən casusluğu

Amerika Milli Təhlükəsizlik Agentliyinin sabiq podratçısı Edvard Snouden yeni ifşaçılıq edib. O, deyib ki, Amerika Milli Təhlükəsizlik Agentliyi dünya səviyyəsində dünyanın böyük mobil rabitə  şirkətlərindən casusluq edir.
 
Maide.az-ın ITAR-TASS-a istinadən məlumatına görə, Snouden cümə günü “Intersept” internet qəzetində yeni sənədlər yayımlayıb. Yeni sənədlər  əsasən,  Amerika Milli Təhlükəsizlik Agentliyi ”Aurora Gold” adlı proqram çərçivəsində dünyanın müxtəlif ölkələrində yüzlərlə böyük mobil telefon operator şirkətinin təhlükəsizlik sistemlərinin zəif cəhətlərini axtarmaqla məşğuldur.
Snouden tərəfindən yayılan sənədlərdə deyilir: Amerika Milli Təhlükəsizlik Agentliyi bu addımı dünya səviyyəsində mobil telefon operatorları istifadəçilərinin telefon danışıqlarında casusluq imkanı tapmaq üçün atır.
Bundan əlavə, bu sənədlərdə Amerika Milli Təhlükəsizlik Agentliyinin dinləmə üçün mobil telefon operatoru şirkətlərinin təhlükəsizlik sistemlərində zəif cəhətlər və pozuntular yaratmaq üzrə səylərinə işarə olunub.
Bu sənədlərdən birinə əsasən, Amerikanın kəşfiyyat təşkilatları 2012-ci ilin mayınadək müxtəlif ölkələrdə mobil telefon operatorlarının 70%-i ilə bağlı texniki informasiyaları əldə ediblər. /

Google+ WhatsApp ok.ru