Ramadi şəhəri İŞİD-dən təmizləndi

İraq ordusuna aid birliklərin Ramadi şəhərinin idarəsini tamamilə ələ keçirdiyi bildirilir. 
Maide.az xəbər verir ki, Ənbar Təhlükəsizlik İdarəsinin müdiri Kazım Məhəmməd əl-Fəhdavi İraq ordusuna aid birliklərin İŞİD-in 4 gündən bu yana təşkil etdiyi hücumları geri oturtduqlarını və hazırda terror təşkilatının şəhər mərkəzinə istiqamətli təhlükəsinin aradan qaldırıldığını və nəzarətin tamamilə təmin edildiyini söyləyib. Fəhdavi ABŞ rəhbərliyindəki koalisiya güclərinin şəhərdəki İŞİD hədəflərinə istiqamətli hücumlarında onlarla terrorçunun öldüyünü, çoxlu sayda hərbi texnika məhv edildiyini deyib.
İraqda İŞİD liderliyindəki silahlı qrupların iyun ayında Mosul başda olmaqla bəzi bölgələrin nəzarətini ələ keçərməsindən sonra terror təşkilatı ilə təhlükəsizlik gücləri arasındakı qarşıdurmalar davam edir.

Google+ WhatsApp ok.ru