Son 12 saatda dünyada baş verən önəmli xəbərlər

Son 12 saatda dünyada baş verən önəmli xəbərlər

Maide.Az son 12 saat ərzində dünyada baş verən önəmli xəbərləri  təqdim edir: 
 
Fransa 
Fransada keçirilən parlament seçkilərinin son nəticələri  açıqlanıb. Nəticələrə görə, Fransa prezidenti Emmanuel Makronunun partiyası 32/32 faiz səslə liderdir. 
 
Rusiya 
Rusiyanın enerji naziri Aleksandr Novak Bakıda İran, Rusiya və Azərbaycan arasında vahid enerji kəmərinin yaradılmasını xəbər verib. 
 
Aİ 
Avropa İttifaqının Xarici işlər və Təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Finlandiya prezidenti və NATO baş katibinin müavini ilə birgə keçirdiyi mətbuat konfransında bildirib ki,  Aİ beynəlxalq və təhlükəsizlik problemlərilə mübarizə məqsədilə öz müdafiə gücünü artırmaq üçün daha çox addımlar atacaq. 
 
Səudiyyə Ərəbistanı
Səudiyyə Ərəbistanında sosial mediada bir çox fəallar  Kuveyt əleyhinə çox sayda tənqidi fikirlər və mesajlar paylaşıb. Ona görə ki, Kuveyt  həlledici müharibədə bitərəf mövqe tutub və  Fars Körfəzi ölkələrindəki böhranının həlli üçün  vasitəçilik misyasını yerinə yetirir. 
 
ABŞ 
ABŞ-da prezidentliyə sabiq namizəd Berni Sanders bildirib ki, bu gün Amerika tarixində ən pis və ən təhlükəli prezidenti Ağ evdə oturub.  Unutmamalıyıq ki,  Konqres və Senatın da  rəhbərliyində ifratçı sağçı cinah təmsil olunur. 
 
İtalya  
İtalyada müharibə əleyhdarları və ətraf mühitinin qorunmasını dəstəkləyənlər bazar günü “Böyük yeddilik” (G7) ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ,Fransa, Yaponiya) ölkələrinin Ətraf mühit və Ekologiya Nazirlərinin  İtaliyanın Balonya şəhərində keçirilən  iclasına qarşı etiraz aksiyası keçirib. 
 
Fələstinin işğal olunmuş əraziləri 
Fələstin KİV-ləri məlumat verir ki,  sionist rejim Nablus şəhərində fələstinlilərin məskunlaşdığı 13 yaşayış məntəqəsində  suyu kəsib. İşğalçı rejimin bu addımı Qərbi Şəriyədə yay aylarında su böhranı yaradıb. 
 
Digər məlumata görə,  sionist rejim hərbiçiləri  Qəzzanın cənubunda  Xan Yunis bölgəsində fələstinlilərin əkin sahələrini odlu silahla atəşə tutub. 
 
Çin 
Çin və Rusiya arasında iqtisadi əlaqələrin artması ilə, hər iki ölkə qarşılıqlı investisiya yatırmaq üçün müştərək investisiya fondu yaradır. Fond Çinin pul vahidi ilə təşkil olunur.

Google+ WhatsApp ok.ru