Son 3 ayda Avropaya 100 mindən çox mühacir qaçıb

Avropaya sığınmaq istəyən qaçqınların sayı çoxalıb.
Maide.az xəbər verir ki, təkcə Makedoniya ərazisindən 100 mindən çox mühacir keçərək Avropaya gedib.
Makedoniya Daxili İşlər Nazirliyinin məlumatına görə, iyun ayından bu günə qədər 52 mindən çox qaçqın sərhəddə qeydiyyatdan keçərək ölkəyə daxil olub. Qeydiyyatdan keçmədən qanunsuz yolla keçənlərin də ən az bu qədər olduğu bildirilir.
Məlumata görə, qaçqınların 80 faizi Suriya, 15 faizi Əfqanıstan və 5 faizi İraqdan gələnlərdir. Qaçqınlar arasında qadın və uşaqların sayında da artım var (ümumi rəqəmin 10 faizini təşkil edirlər).
Gün ərzində orta hesabla 3 min qaçqının Makedoniyadan keçdiyi bildirilir.//

Google+ WhatsApp ok.ru