Diyanət İşləri Başqanı: Şiənin arxasında rahatlıqla durub namaz qılmaq olar

Türkiyənin Bağçılar bölgəsinin "İmam Əli" Məscidi başda olmaqla bəzi məscidlərdə baş verən elektrik kəsintisi Türkiyədəki Əhli-beyt alimlərinin toplaşdığı "Ehlader"i hərəkətə keçirib.
 
Maide.az xəbər verir ki, Diyanət İşləri başqanı professor Mehmet Görmez ilə keçirilən görüşdə maraqlı açıqlamalar verilib. Mehmet Görmez, "Camilərimiz, məscidlərimiz, möminlərin bütün fərqliliklərini ortadan qaldıran, dili, rəngi, irqi, coğrafiyası, nə olursa olsun, bizi eyni səcdədə, rüku, qiyamda birləşdirən, eyni duada, "Fatihə"də Allaha ibadət etməyimizi təmin edən müqəddəs yerlərdir.
 
Camilər və məscidlər arasında hər hansı ayrı-seçkilik etmək olmaz. Bu torpaqlardakı bütün camilər, məscidlər, bütün möminləri qəbul edən yerlərimizdir eyni zamanda.
 
Müsəlmanlar arasında məzhəb ixtilafı, məzhəbçilik fitnəsi ortaya çıxarmaq səyləri mövzusunda diqqətli olmaq lazımdır. Heyət olaraq Əhli-beyt Alimləri Dərnəyi olaraq bu mövzudakı yüksək diqqətinizə görə,sizlərə təşəkkürümü bildirirəm.
 
Camilər, məscidlər əslində bizə aid deyil. Bütün məscidlər Allahındır. Məscidlərin şiəsi, sününsü, cəfərisi olmaz. Biz möminlərin vəzifəsi də o məscidləri abad etmək, qəlblərimizi oralarda birləşdirməkdir. Özünü əhli-sünnə məktəbinə aid qəbul edən hər hansı bir qardaşımız könül rahatlığı ilə özünü Əhli-Beyt, yaxud İmam Cəfəri Sadiq məzhəbinə mənsub edən qardaşımızın arxasında namaz qıla bilər.
 
Rahatlıqla bu qardaşlarımızla eyni camidə, məsciddə namazı qılıa bilərlər. Eyni şəkildə də Əhli-beyt məktəbi ardıcılları namaz əda edə bilərlər. Bunun mübahisə mövzusu olması da İslamın qəbul etmədiyi bir şeydir", - deyib.

Google+ WhatsApp ok.ru