Son bir həftədə Bəhreyndə 55 nəfər həbs və ya işkəncə olunub

Bəhreyn İnsan Haqları Birliyi öz yeni hesabatında bildirib ki, son bir həftədə Bəhreyn rejimi 55 nəfəri həbs və ya işkəncə edib.
 
Maide.Az xəbər verir ki, Bəhreyn İnsan Haqları Birliyi yeni həftəlik hesabatında bildirib ki, may ayının 7-dən 13-dək  Bəhreyndə 25 nəfərin özbaşına həbs olunması, 15 nəfərin itgin düşməsi  və 13 nəfərin isə işkəncələrə məruz qalması ilə bağlı  məlumatlar daxil olub.
 
Hesabatda bildirilir ki, bu müddət ərzində 19 Bəhreyn vətəndaşı haqqında 89 höküm çıxarılıb,  36 altı dinc aksiyadan 18 –nə qarşı güc tətbiq olunub, 85 nəfər haqqında müvəqqtəi saxlama qərarı uzadılıb. 
 
Hesabatda deyilir ki,  Cümə günü  3 az yaşlı uşaq rejim qüvvələri tərəfindən həbs olunub.  
 

 

Google+ WhatsApp ok.ru