Pakistan Müsəlman Birliyinin baş katibi və Əhli-Beyt (ə) tərəfdarları aclıq aksiyası keçirir -FOTO

Pakistan Müsəlman Birliyinin baş katibi  Əllamə Race Nasir Abbas Cəfəri və bir qrup şiə  Kəraçi və Pançinar şəhərlərində şiələrin öldürülməsinə etiraz əlaməti olaraq  İslam Abadda  Jurnalistlər klubunun qarşısında  aclıq askiyaya başlayıblar. 
 
Maide.Az xəbər verir ki, artıq dörd gündür ki, baş katib və bir qrup digər şiələr  aclıq aksiyasını davam etdirir.  Onlar Kəraçidə insanhaqları üzrə fəal şiənin öldürülməsi, Parçinar şəhərində şiə etirazçılar və təhlükəsizlik qüvvələri arasında qarşıdurma nəticəsində 4 şiənin öldürülməsinə və İsmail Xan şəhərində hüquqşünasın öldürülməsinə etiraz əlaməti olaraq  aclıq aksiaysı keçirirlər. 
 
Təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində ən az 4 nəfər şəhid olub və 10 nəfər Əhli – Beyt (ə) tərəfdarı yaralanıb. Aclıq aksiyasında iştirak edənlər  hökumətin bu hərəkətlərlə bağlı  tez bir zamanda ölçü götürməsini tələb edirlər. 
Pakistanın digər şəhərlərində də şiələr  oturaq aksiyalara başlayır.  Bəzi məlumatlara görə, aclıq aksiaysında iştirak edən şəxslərin bəzisinin halı pisləşib. Aksiya iştirakçıları hökumət ciddi tədbir görməyənədək aclıq aksiyasını davam etdirəcəklərini bildiriblər.  (abna)
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru