Son zəlzələ İtaliyanı dağıtdı - bir neçə min adam evsiz qaldı

Son zəlzələ İtaliyanı dağıtdı - bir neçə min adam evsiz qaldı

Mərkəzi İtaliyada baş vermiş son yeraltı təkanlardan sonra bir neçə min adam evsiz qalıb. Trend bu barədə RİA Novosti-yə istinadən məlumat verir.
 
Məlumata görə, zəlzələ ötən gün yerli vaxtla saat 19:11-də İtaliyanın mərkəzi hissəsində 5,4 bal gücündə baş verib. Zəlzələnin episentri Maçerata vilayətində 9 km dərinlikdə qeydə alınıb.
 
Daha sonra saat 21:18-də 5,9 bal gücündə, üçüncü titrəyiş gecə saatlarında 4,6 bal gücündə olub. Səhərə yaxın daha iki yeraltı təkan qeydə alınıb.
 
Məlumata görə, təxminən 2-3 min sakin evsiz qalıb. Evlər yaşamaq üçün tamimilə yararsız hala düşüb. /

Google+ WhatsApp ok.ru