Sorğu: Əhalinin 81 faizi Putini dəstəkləyir 04 May 2017 01:00 Dünya Rusiya prezidenti Vladimir Putinin fəaliyyətini ölkə əhalisinin 81,6 faizi dəstəkləyir. Bu barədə İctimai Fikrin Öyrənilməsi üzrə Ümumrusiya Mərkəzinin apardığı sorğuda göstərilir. Sorğu bu ilin 24-30 aprel tarixlərini əhatə edir. Martın sonu, aprelin əvvəlində bu rəqəm 82,7 faiz, aprelin ortalarında isə 80,9 faiz olub. Baş nazir Dmitri Medvedevin fəaliyyətini sorğuda iştirak edən 4 min 200 vətəndaşdan 52,1 faizi dəstəkləyib. Hökumətin işini ümumilikdə 56 faiz respondent qənaətbəxş sayır. Sorğuda iştirak edən rusiyalıların 48,7 faizi Vladimir Putinə, 16,1 faizi Dmitri Medvedevə, 15,8 faizi isə müdafiə naziri Serqey Şoyquya etibar etdiklərini bildirib. (apa) / Teqlər : #Sorğu: Əhalinin 81 faizi Putini dəstəkləyir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İranda kömür mədənində partlayış nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb Bişkekdə etiraz mitinqi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO