SOS: Azərbaycanda allergiya yaradan süni düyü satılır

Azərbaycan bazarında süni düyü peyda olub.
 
Bu barədə virtualaz.org saytına kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov məlumat verib.
 
V.Məhərrəmovun sözlərinə görə, süni düyü Çində, Koreyada və digər ölkələrdə istehsal olunur: “Digər dənli bitkilərin (qarğıdalı) dəni üyüdülür və ekstruder ilə düyü formasına salınaraq süni düyü əldə olunur”.
 
Ekspert deyib ki, süni düyü təbii yetişdirilmiş düyü kimi faydalı deyil: “Bu düyülərdən istifadə allergiya yarada bilər. Ona görə də insanlara xəbərdarlıq etmək lazımdır. Alıcılar özlərini qorumalıdırlar”. /

Google+ WhatsApp ok.ru