Sosial şəbəkələr uydurma xəbərlərlə mübarizə aparacaq

Sosial şəbəkələr uydurma xəbərlərlə mübarizə aparacaq

 
“Google” şirkətinin dəstəyi ilə həyata keçirilən “First Draft Coalition” layihəsi çərçivəsində “Facebook” sosial şəbəkəsi və “Twitter” mikrobloqlar servisi özlərində 30-dan çox media şirkətini birləşdirib. Ötən il icrasına başlanılan layihənin məqsədi sosial şəbəkələrdə uydurma xəbərlərin yayılması ilə mübarizə aparmaq və informasiyanın keyfiyyətini yaxşılaşdırmaqdır.
 
Təşkilatın idarəedici direktoru Cenni Sarcentin sözlərinə görə, platformanın oktyabrın sonunda istifadəyə verilməsi nəzərdə tutulur. Layihədə “Facebook” və “Twitter” ilə yanaşı, “New York Times” və “Washington Post” qəzetləri, “BuzzFeed News” nəşri, “AFP” agentliyi və “CNN” telekanalı iştirak edir.
 
Layihə müəllifləri şirkətlər üçün praktiki təlimat yazacaqlarını, media savadlılığının artırılması ilə məşğul olacaqlarını, eləcə də sosial şəbəkə istifadəçilərinin xəbərləri təsdiq və ya inkar etmələri üçün platforma işə salacaqlarını bıldırıblər.
 
Qeyd edək ki, “Facebook” və “Twitter” uydurma xəbərlərin yayılmasına görə dəfələrlə tənqid olunub. (azərtac) /

Google+ WhatsApp ok.ru