İspaniya İsrailə silah satışını dayandırdı

İspaniya hökuməti Qəzzaya qarşı hücumlarına görə, sionist rejimə silah satışını müvəqqəti dondurmaq qərarı verdiyini açıqlayıb. 
 
maide.az-ın məlumatına görə, İspan hökuməti bununla əlaqədar rəsmi qərarı hələ ictimaiyyətə açıqlamayıb, ancaq hökumətə yaxın mənbələr tərəfindən İspan mediasına ötürülən məlumatlarda İsrailə mövcud vəziyyətdə satışı nəzərdə tutulan hərbi vəsaitlərin təslim edilməyəcəyi, yeni müqavilə də bağlanmayacağı bildirilir.
 
Qərarın İspaniya Xarici İşlər, Ticarət və Müdafiə nazirlikləri ilə Milli Kəşfiyyat İdarəsinin nümayəndələrindən ibarət Müdafiə Sənaye Xarici Ticarət İdarəsinin ötən cümə axşamı günü keçirilən yığıncağında verildiyi bildirilir. 
 
Qeyd edək ki, keçən il İspaniya İsrailə 4,9 milyon avroluq hərbi vəsait satıb və ixrac edilən vəsaitlər daha çox tapança, 4x4 maşın, bomba fitili, hava və işıqlı əl fişıngi olub.

Google+ WhatsApp ok.ru