İspaniya Suriyadan yardım istəyəcək

İspaniya hökuməti Suriyanın Hələb şəhərində 1 aydan çoxdur xəbər alınmayan 3 ispan jurnalistin tapılması üçün Suriyadan yardım istəyəcək.
Maide.az xəbər verir ki, İspaniya ədliyyə naziri Rafael Katala məsələ ilə bağlı Suriya hökumətinə müraciət ediləcəyini bildirib.
Başlarına nə gəldiyi bilinməyən Antoniu Pampliega, Jose Manuel Lopez və Angel Sastre adlı ispan jurnalistlər 13 iyundan bəri itkin düşüblər.
Məlumatü üçün bildirək ki, Suriyada bir çox bölgənin nəzarətdə saxlayan İŞİD terrorçu qruplaşması daha öncələr bir çox jurnalisti öldürüblər. İŞİD hazırda Hələbin şimal və şərqindəki bəzi bölgələri nəzarətdə saxladığı üçün həmin ispan jurnalistlərin də öldürüldüyü ehtimal edilir./

Google+ WhatsApp ok.ru