İsrailə tuşlanan ayaqqabı Misir səmasında...

Misir parlamentinin nümayəndəsi Kamal Əhməd sionist rejimə mesaj ünvanında digər nümayəndə Tofiq Əkaşəyə ayaqqabı tullayıb.
Maide.az xəbər verir ki, Tofiq Əkaşə öz peyk şəbəkəsi işçilərinin çiynində, “canım Əkaşəyə fəda olsun” şüarı ilə parlamentə daxil olanda ayaqqabı atəşinə tuş gəlib.
Kamal Əhməd insidentdən sonra bildirib ki, Əkaşənin sifətinə tuşlanan ayaqqabı əslində İsrail knesseti, işğalçı rejimə atılıb.
Hadisədən şoka düşən parlament sədri Əli Əbdülali hər iki nümayəndəni salondan çıxarıb. 
İsrail radiosu iki gün əvvəl xəbər verib Tel-Əvivin Qahirədəki səfiri Haim Koren Misir parlamentinin nümayəndəsi Tofiq Əkaşənin dəvəti ilə onun evində görüşüb. İki şəxs arasında iqtisadiyyat, kənd təsərrüfatı, təhsil sahələrində əməkdaşlıq mövzuları müzakirə edilib. vilayet.info /
 

Google+ WhatsApp ok.ru