İsrail əsgərləri 2 fələstinli güllələdi

İşğalçı İsrail əsgərləri Ramallahın cənubunda Qəlandiya nəzarət buraxılış məntəqəsində 2 nəfəri gülləyiblər.
 
Maide.Az xəbər verir ki, İşğalçı İsrail əsgərləri 24 yaşlı gənc qadını və  başqa bir gənc  oğlanı  güllələyiblər. Əsgərlər xanıma 10 dəfə atəş açıblar.  Fələstinliləri güllədikdən sonra sionist rejim əsgərləri onlara tibbi yardım göstərilməsinə mane olublar və yaralı fələstinlilər  uzun müddət sonra şəhid olublar. 
 
İsrail qəzetləri iddia edib ki öldürülən xanımın əlində guya  bıçaq olub. Həmin xanımın iki azyaşlı  qız uşağı olub və Qüdsün  şimalında  Ramullah şəhərində yaşayırmış. 
 

Google+ WhatsApp ok.ru