İsrail əsgərləri Suriyada səngər qazır

İsrail əsgərləri Suriyada səngər qazır

FaktXəbər-in Suriya mediasına istinadən verdiyi məlumata görə, Sionist  İsrail ordusuna aid iki buldozer əsgərlərin müşayiəti ilə İsrail ilə Suriya arasındakı Holan təpələrində atəşkəs xətti olaraq qəbul edilən bölgənin 3 yüz metr içərisinə doğru girib.
 
Mənbələr buldozerlərin sərhəddəki Kuneytra rayonunun Bireyka bələdiyyəsinə aid Tel Akeşe bölgəsində səngərlər qazdığını və hələ də qazmağa davam etdiyini bildirir.
 
Bildirilir ki, işğalçı  İsrail bu addımı ilə atəşkəs xəttini Suriyanın daha da içərilərinə doğru çəkməyə cəhd göstərir.
 
Xatırladaq ki, işğalçı rejim  eçən il də Holan təpələrindəki atəşkəs xəttinə daxil olaraq 4 metr dərinliyində və təxminən 3 kilometr uzunluğunda xəndək qazmışdı. Xəndəklərin Suriyada davam edən müharibədə silahlı qrupların və münaqişələrdən qaçan qaçqınların sərhədi keçmək cəhdlərini əngəlləməyə yönəlik bir addım olduğu iddia edilmişdi.
 
Holan təpələri 1967-ci ilin iyununda "Altıgünlük müharibə" kimi tanınan Ərəb-İsrail müharibəsində İsrail tərəfindən işğal edilmişdi. İsrail 1981-ci ildə Holanın ələ keçirdiyi hissələrini müxtəlif beynəlxalq qərarlara baxmayaraq ilhaq etmişdi.
 

Google+ WhatsApp ok.ru