İsrail etiraf edib: Fələstinli uşaqlar İsveçrəlilərə verilib

İsrail etiraf edib: Fələstinli uşaqlar İsveçrəlilərə verilib

İsrail rejimi 192 Fələstinli uşağı İsveçrəlilərə övladlığa verdiyini etiraf edib. 
 
Fələstin Məlumat Mərkəzinin verdiyi xəbərə görə, İsrail parlamenti Knessetin Fələstinli deputat Əhməd Ət-Tibinin məlumat alma istəyinə görə, 1948-ci ildə işğal edilmiş ərazidən 192 uşağın bu ərazidəki Fələstinli ailələrin onları övladlıq götürmələrinə və ya Fələstinli təşkilatların onların baxımlarını öhdələrinə götürmələrinə fürsət vermədən isveçrəli təşkilatlara və ailələrə övladlığa verdiklərini etiraf edib.
 
Bu uşaqların 1970-90-ci illər arasında övladlığa verildiyini bildirilib.
 
Ət-Tibi bu tətbiqin uşaqların fərqli dindən olan ailələrə verilməsini qadağan edən qanuna zidd olduğunu vurğulayıb.
 
Sionist rejim və Knesset arasında əlaqələri idarə edən nazir Yariv Levin bu uşaqların qeyri-qanuni şəkildə verildiyini və bu uşaqların dinlərini dəyişdirmə məcburiyyətində qaldıqlarını və özü şəxsən bu hadisəni izləyəcəyini bildirib. /faktxeber
 

Google+ WhatsApp ok.ru